Bakı Kamera Orkestrinin üzvləri maraqlı addımla #evdəqal aksiyasına qoşulublar.
525.az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşəbbüsü ilə Bakı Kamera Orkestrinin ifasında görkəmli bəstəkar Qara Qarayevin “İldirımlı yollarla” baleti səsləndirilib.
Maraqlı burasıdır ki, dirijor da daxil olmaqla orketsr üzvləri ifanı hərəsi öz evində edib.
Eyni zamanda, sənətçilər ölkə əhalisini bu çətin günlərdə həmrəy olmağa, eləcə də mümkün qədər evdə qalmağa səsləyiblər.