525.Az

“Şayiələrin ən çox qaynaqlandığı yer sosial şəbəkələrdir”


 

MİLLƏT VƏKİLİ ETİBAR ƏLİYEV: “TANINMIŞ ŞƏXSLƏRİN BÖYÜK KƏSİMİNİN TƏNQİDƏ QARŞI İMMUNİTETİ ÇOX ZƏİFDIR”

“Şayiələrin ən çox qaynaqlandığı yer sosial şəbəkələrdir” <b style="color:red"> </b>

“525”İN SUALLARINA TANINMIŞ TƏHSİL EKSPERTİ, MİLLİ MƏCLİSİN ÜZVÜ ETİBAR ƏLİYEV CAVAB VERİR:


“Ekspert” analayışı bizim cəmiyyətdə indi də normal qəbul olunmur. Buna görə də məsələn, səhiyyə, elm və başqa mühüm sahələrdə ekspert institutu yaranmayıb. Bütün sahələrdə alternativ fikrə böyük eytiyac var. Xətti təfəkkür heç bir sahədə inkişafa gətirməyib.

***

Mən heç nəyi birdən-birə, qəfildən etmirəm. Milli Məclisə növbədənkanar seçkinin keçirilməsinin namizədliyimi irəli sürməyimdəki rolunu da danmıram. İnsan özünüə güvənməlidir. Mənim seçki kampaniyası aparmaq, insanlarla ünsiyyət qurmaq imkanım başqa namizədələrdən geri qalmırdı.

***

Mehman Hüseynov-Fərəc Quliyev qalmaqalında mənim heç bir rolum olmayıb. Mənim orda rolum barədə deyilənlər yalan və böhtandan başqa bir şey deyil. Fərəc Quliyevi görmək imkanı çox məhdud olduğundan biz - bir neçə namizəd seçkinin demokratik keçirilməsi naminə əlimizdən gələni etmək barədə razılığa gəlmişdik.

***

Adətən, cəmiyyətdə iki əsas mövqe olur: ziyalı mövqeyi və cahil möqe. Mənim üçün ikinci yox, birinci mövqe maraqlıdır. Paradoksa diqqət edin: müəllim onu söyənə, təhqir edənə səs verməli idi, yoxsa 25 ildən artıq vaxt ərzində onun problemləri ilə məşğul olana?

***

Sosial şəbəkələr insanları televiziyalardan ayırıb. Sayiələrin ən çox qaynaqlandığı yer isə sosial şəbəkələrdir. Bu məsələdə vətəndaşlar həm məsuliyyətli, həm də intizamlı olmalıdır. İntizamlı olmaq cəmiyyətin, məsuliyyətli olmaq isə insanın öz xeyrinədir.

***

Təəssüf ki, tanınmış şəxslərin böyük kəsiminin tənqidə qarşı immuniteti çox zəifdir. Deyirsiniz ironiyanı, sarkazmı, yumoru donduraq? Bunlar donan şeylər deyi. Azad Mirzəcanzadə demişkən: “Deyə bildimmi?”

***

Bu gün biz yaş səviyyələrindən uyğun şəkildə gənclərə hansı kitabları oxumağın əhəmiyyətli olduğunu tövsiyyə etməliyik. Bunun üçün isə özümüz də oxumalıyıq.

***

Yeni nəsli mütaliyəyə sövq etmək üçün orta və yaşlı nəsil oxumağa meylli olmalıdır. Dünyanın nəhəng intellektuallarının dialoqlarını oxuyun, onlar kitabı təbliğ edirlər. Bizdə isə kitabı sevməyənlər elektron resursların təbliğatını aparırlar. Bunun özü kitabı gözdən salmağa çalışmaq cəhdidir.

Müsahibənin bütöv variantı gün ərzində “525.az” saytında yerləşdiriləcək. Bizi izləyin!

 





30.03.2020    çap et  çap et