525.Az

ADRA-dan koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyası


 

ADRA-dan koronavirusla mübarizəyə dəstək üçün təşviqat kampaniyası <b style="color:red"></b>

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəhbər əməkdaşları könüllü olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqqlarından 36 min manat ianə ediblər.

Bununla yanaşı, ADRA ölkə rəhbərinin tapşırığına əsasən, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək olaraq açıq məkandakı reklam lövhələrində virusla mübarizəyə dair videoçarxların hazırlanması və yayımlanmasını həyata keçirib.

Əsas məqsəd əhalinin maarifləndirilməsi, virusla mübarizədə milli həmrəyliyin göstərilməsi, o cümlədən, həyatını təhlükəyə ataraq pandemiyaya qarşı səfərbər olan tibb işçiləri, polislər və digər peşə sahiblərinə dəstək nümayiş etdirmək, ictimaiyyəti də anlayışlı və məsuliyyətli olmağa səsləməkdir.

Reklam Agentliyi öz növbəsində maarifləndirmə işinin aparılmasında köməklik göstərən reklam sahəsində çalışan sahibkarlara dərin minnətdarlığını bildirir.

 





31.03.2020    çap et  çap et