525.Az

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı, 5 nəfər vəfat etdi


 

Azərbaycanda koronavirusa yoluxanların sayı 400 nəfərə çatdı, 5 nəfər vəfat etdi<b style="color:red"></b>

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 41 yeni yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 369  nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 





02.04.2020    çap et  çap et