525.Az

Yaqut Qarayeva: "Testi pozitiv çıxanlardan simptomları yüngül olanlar evdə müalicə edilə bilər"


 

Yaqut Qarayeva: "Testi pozitiv çıxanlardan simptomları yüngül olanlar evdə müalicə edilə bilər"<b style="color:red"></b>

"İstər karantin, istər müalicədə olanların sayı ciddi şəkildə artarsa, testi pozitiv, amma simptomları yüngül olanlar evdə müalicə oluna bilər".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, hazırda Bakıda və regionlarda karantin və müalicə müəssisələri var: "Amma say artarsa, başqa ölkələrin təcrübəsindən istifadə edilərək evdə müalicə edilə bilər. Yaxınlarda xəstəxana açıldı, o xəstəxananın bu ərəfədə açılmasının səbəbi koronavirus xəstələrinin müalicəsi məqsədi ilədir, xüsusilə ağır xəstələr orada müalicə olunacaq".

 





02.04.2020    çap et  çap et