525.Az

Erməni vandalizmi haqqında məqalə Özbəkistanda geniş əks-səda doğurub


 

Erməni vandalizmi haqqında məqalə Özbəkistanda geniş əks-səda doğurub<b style="color:red"></b>

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun “Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı məqaləsi özbək və rus dillərində yerli qəzetlərdə, aparıcı saytlarda yayımlanıb və geniş rezonans yaradıb.

Özbəkistanın nüfuzlu “Вечерный Тошкент” qəzetində, habelə gənc jurnalistlər klubunun mətbu orqanı olan “orol.uz” saytında dərc olunmuş məqalədə Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin vandalizm və barbarlığı vurğulanır. Məqaləyə maraq böyük olmuş, Özbəkistanın “fikr.uz”, özbək versiyası isə “uchildiz.uz” xəbər saytında da yayımlanmışdır.

Diplomat məqaləsində qeyd edir ki, erməni silahlı qüvvələri türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri məhv edir, habelə onları saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər.

Erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, Azərbaycanın Qarabağ diyarının tanınmış şairəsi Xan qızı Natəvanın büst və heykəllərini güllələyib, sonra onları qənimət kimi Ermənistan paytaxtı İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra alınaraq paytaxt Bakıya gətirilmişdir.

Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarından məcburi köçkünə çevrilməsi, erməni işğalına qarşı BMT-nin 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq bugünə qədər yerinə yetirilməməsi də əksini tapır.
İşğal olunan 20 faiz Azərbaycan torpaqları ilə yanaşı, düşmən gülləsinə 20 mindən çox şəhid vermiş Azərbaycan xalqının övladları - təkcə qocalar, qadınlar, uşaqlar deyil, heykəllər, mədəniyyət abidələri də tuş gəlir. Müəllif bu barbarlığın yalnız Azərbaycanın deyil, bütün müsəlman və türk dünyasının, eləcə də sivil dünyanın qarşısını almağa borclu olduğunu bildirir.

Məqalədə erməni vandallarının bu vəhşiliyi İŞİD terrorçu qruplaşmalarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin “qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir və qeyd edir ki, “bu vandallıq bugün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl simasını və barbar xislətini bir daha göstərir”.

Samir Abbasov məqaləsində erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq abidəsini, 100-dən çox arxeoloji abidənin, 22 muzey, digər mədəniyyət ocaqlarının məhv edildiyini və ölkəsinin ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” konvensiyasına zidd olduğunu bəyan edir.

Ermənistanın işğalçı dövlət siyasətini ən mötəbər tədbirlərdə dəfələrlə açıqlayan və dünya içtimaiyyətinin nəzərinə çatdıranAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən sammitində səsləndirdiyi bəyanatdan gətirilən sitatməqalənin siyasi dəyərini vəməzmunun da tamamlayır: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz".

Məqalənin tam versiyası ilə rus dilində Özbəkistanın «Вечерный Тошкент» qəzetinin veb saytındahttp://ru.vtopoytaxt. uz/kultura/news _post/uzbekistan-azerbajdzhan-8,habelə gənc jurnalistlər klubunun saytında özbək dilində https://orol24.uz/madaniyat/901-tajovuzning-yomonligi-shahid-bolgan-madaniy-yodgorliklar-va-haykallar.html linklərində tanış olmaq mümkündür.

 





25.06.2020    çap et  çap et