525.Az

Senzuranın ləğvi demokratiyanın göstəricisidir


 

Senzuranın ləğvi demokratiyanın göstəricisidir<b style="color:red"></b>

Azad sözün, müstəqil fikrin düşməni olan senzura, uzun illər cəmiyyətin inkişafına mane olub. O yerdə ki, insanın fikir söz azadlığına senzura tətbiq olunur, əgər belə demək mümkünsə, insan alçalır. Bəs, senzura nədir? Senzura latınca, “sencurasözündən olub informasiyanın məzmunu yayılması üzərində nəzarət deməkdir. Sözümüzü kəsə desək, dövlət nəzarətidir.

Senzuranın yaranması, onun tətbiqi tarixi çox qədimlərə gedib çıxır. Bizim eramızdan əvvəl V əsrdə Afinada, III əsrdə isə Romada yarandığını qeyd edirlər. Bəzi filosofların senzuraya münasibəti müxtəlif idi.

1445-ci ildə çap maşınının ixtirası Avropada mətbəələrin yaranmasını sürətləndirdi. Bu da kitab çapının inkişafına təkan verdi. Kitab nəşrinin sürətlə çoxalması İngiltərədə senzura haqqında qanunun qəbul olunmasına gətirib çıxardı. Belə ki, 1487-ci ildə kral VII Henri senzura idarəsini təsis etdi. Məqsəd, düşmənlərinə qarşı mübarizə aparmaq idi. Bu idarə 1641-ci ilə kimi fəaliyyət göstərib. Senzura haqqında qanun isə 1509-cu ildə VIII Henrinin vaxtında qəbul olundu.

17-ci əsrdə Fransada nəşr olunanLa qazetta” (1631) mətbuatın avtoritar konsepsiyasının əsasını qoydu. Azad, müstəqil mətbuatın qənimi olan avtoritar rejim əsl həqiqəti xalqdan gizlədir, guya həqiqət ancaq xalqı idarə edən yüksək rütbəli adamlardan gəlir. Avtoritar cəmiyyətdə dövlətin razılığı olmadan qəzet çap etmək olmaz. Qəzetin çapı üçün mütləq dövlət tərəfindən lisenziya verilməlidir. Avtoritar rejimlərdədilsiz-ağızsızvətəndaşlaravtoritar hakim üçün ideal təbəələr demokratiya üçün bədbəxtlik deməkdir” (Robert Dahl).

Mətbuatın tam azadlığı 17-ci əsrdə bir şüar kimi səslənirdisə, artıq 19-cu əsrdə demokratik qüvvələrin əsas tələbi idi.

Tarixdə elə şəxsiyyətlər olub ki, onlar senzuranın cəmiyyətə vurduğu ziyanı vaxtında dərk etdiklərindən ona qarşı çıxıblar. Məsələn, 17-ci əsrin böyük ingilis şairi publisisti Con Milton (1608-1674) 1644- ildə yazdığıAreopagitika” (Parlament qarşısında nitq) pamfleti ilə mətbuat azadlığını müdafiə edən, senzuranın ləğvinə çalışan siyasi xadim kimi adını tarixdə əbədiləşdirib. Milton yazırdı: “Senzura hələ yaşamaqda olan alim üçün fövqəladə hörmətsizlik, mərhumların əsərləri məzarları üçün yüksək dərəcəli təhqirdisə, onda mən hesab edirəm ki, o, həm bütün millət üçün təhqir söyüş deməkdir..”

Milton söz mətbuat azadlığınıbütün ulu istedadların anasıadlandırırdı. O, qətiyyətlə bildirirdi: “Mənə bilmək azadlığı, öz fikirlərimi ifadə etmək azadlığı, ən başlıcası isə, öz vicdanıma görə mühakimə yürütmək azadlığı verin”. Təəssüf ki. Miltonun bu tarixi nitqi onun silahdaşlarına təsir etmədi. İlkin senzura ölümündən 20 il sonra 1694- ildə ləğv edildi.

Amerika Avropa ölkələri vaxtında başa düşdülər ki, senzuranın varlığı deyildiyi kimi, “zülmün, sitəmin, təcavüzün qarətin yaranmasınasəbəb olur. Odur ki, senzuradan xilas olmaq üçün bir sıra qanunlar rəsmi sənədlər qəbul etdilər. ABŞ Konstitusiyasına Birinci düzəliş (1791) dövlətin toxuna bilməyəcəyi hüquqları bir daha dəqiqləşdirdi: konqres söz mətbuat azadlığını məhdudlaşdıran heç bir qanun verməməlidir. Tomas Ceffersonun (1743-1826) irəli sürdüyü düzəliş əsasən vətəndaş hüquqlarını genişləndirdi, eyni zamanda vətəndaşların dövlət üzərindəki nəzarətini gücləndirdi.

Rusiyada mətbuat sahəsindəki vəziyyət heç digər ölkələrdə olduğundan yaxşı deyildi. Burada senzuranın əlamətləri hələ I Pyotrun dövründə görünürdü. OnunVedomosti” (1702) qəzetinin birinci nömrəsindəki qeydi, habelə, çox vaxt orada gedən materialları redaktə etməsi, informasiyaların seçilib verilməsi senzuranın varlığından xəbər verirdi. Rusiyada 1804- ildə ilk senzura qaydaları çap edildi. Aradan 61 il keçəndən sonra 1865-ci ildəMətbuat senzura haqqında müvəqqəti qaydalarqüvvəyə mindi.

Rusiyada hakimiyyət çevrilişinin üçüncü günü –1917-ci il oktyabrın 27- Xalq Komissarları Soveti mətbuat haqqında dekret imzaladı. Dekretə görə bolşevik qəzetlərini çıxmaqla xeyli qəzet bağlandı. İki ayda 92 qəzet fəaliyyətini dayandırdı.

Yeri gəlmişkən, V.Lenin 1920-ci ildə Moskvada çıxış edərkən mətbuat azadlığı haqqında fikrini belə ifadə etmişdi: Nəyə görə nitq mətbuat azadlığı olmalıdır? Ona görə gördüyü işin doğruluğuna inanan hökumət özünün tənqid olunmasına icazə verməlidir? Öldürücü silah olan müxalifətə belə imkanlar verilməməlidir. İdeyalar silahlardan daha təhlükəlidir.

Sovet hakimiyyəti illərində senzuranıQlavlit” (Nazirlər Kabineti yanında dövlət sirrini mühafizə edən idarə) əvəz etdi. “Qlavlit” 1922-ci ilin iyun ayında Xalq Komissarlar Sovetinin qərarı ilə yaradılmışdı. Senzura qaydalarını həyata keçirən bu qurumun tarixini araşdıran rus alimi A.Qorçeva onun səlahiyyətlərini belə qeyd edir:

* mətbuatda siyasətdə hərbi dövlət sirlərinin qorunması;

* bütün çap məhsullarında, radio televiziya verilişlərində, əlyazmalarında, foto şəkillərdə, mühazirələrdə, sərgilərdə ideoloji nəzarətin həyata keçirilməsi;

* mətbuatda, kütləvi çap məhsullarında getməsi lazım bilinməyən informasiyalar siyahısının hazırlanması;

* SSRİ- xaricdən gətirilən xaricə aparılan çap məhsullarına nəzarət ona icazə, siyasi cəhətdən zərərli köhnəlmiş ədəbiyyatın yığışdırılması...

Göründüyü kimi, “Qlavitin başı üstündən hər hansı bir görmək mümkünsüz idi. O hər şeyə göz qoyurdu. Senzuranın sərt qaydalarına SSRİ-dəki milli respublikaların əməl etməsi məcburi idi.

Onu da bildirək ki, keçən əsrin doxsanıncı illərinə kimi sovet senzurasının tarixi yalnız xarici ölkələrdə tədqiq olunub, fəaliyyətinə həsr olunmuş simpoziumlar keçirilib. Məsələn, 1969-cu ildə Londonda belə bir simpozium keçirilmişdi. 1991-ci ildəQlavlitin ləğvindən sonra rus alimləri bu sahədə tədqiqatlar aparmışlar. Yuxarıda adını çəkdiyim A.Qorçevadan başqa, T.Qoryayeva daSSRİ- siyasi senzura. 1917-1991-ci illəradlı kitab (2002) yazaraq geniş oxuculara çatdırdı.

Azərbaycan milli mətbuatının da yolu asan olmayıb. Milli oyanışın böyük müəllimi, pedaqoq, jurnalist Həsən bəy ZərdabiƏkinçi” (1875-1877) qəzetinin təqiblərə məruz qalması, informasiyaların verilməsindəki çətinliklər barədəRusiyada əvvəlinci türk qəzetiadlı məqaləsində yazırdı: “Əkinçi ixtiyar vermişdilər ki, siyasi xəbərləri, qeyri-qəzetlərdən çap eləsin. Amma onların birisini çap etməyə qoymadılar bir tərəfdən müştərilərimiz dava xəbəri istəyirdi. Senzordan təvəqqi elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri göstərsin ki, hansıları çap etmək mümkündür. O da razı olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə gələn telləri çap edim”. Bu faktın özü bir daha onu göstərir ki, “Əkinçininoxucuya doğru yolu heç qısa asan olmamışdır” (Şirməmməd Hüseynov).

O dövrdə Azərbaycan mətbuatına düşmən kəsilmiş ermənilər senzura idarəsində işləyirdilər. Onlar mətbuatımızın inkişafına mane olur çalışırdılar min bir bəhanə ilə onları bağlatsınlar. Böyük ustad Cəlil MəmmədquluzadəXatiratımda yazırdı: “O vaxt sensor idarəsində türk şöbəsində türklərdən bir kəs yox idi. Ancaq iki nəfər şəxs idi: biri erməni Kişmişov, o biri yenə erməni Qaraxanov idi. Bununla bərabər, çün hər ikisi az savadlı idi qəzetin materialını gərək hüccəliyəhüccəliyə başdan-axıradək oxuyub məzmunundan xəbərdar ola idilər çap olunmasına izin verə idilər”.

Ümumiyyətlə, Qafqaz senzura komitəsində özlərinəyuvaqurmuş erməni məmurları Azərbaycan Respublikasının sabiq xarici işlər naziri V.Quliyevin dediyi kimi, anadilli mətbuatımızın qarşısında sədd çəkməklə, yeri gəldikcəmüsəlman məsələsiüzrə ekspert kimi çıxış edirdilər. Onlar rusdilli qəzetlərdəislam təhlükəsihaqqında başdan-başa uydurmalardan ibarət məqalələr çap etdirirdilər.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il oktyabrın 30-da Azərbaycanda jurnalistikanın inkişafına kömək edənMətbuat haqqında nizamnaməqəbul etdi. Nizamnaməyə görə, çap məhsullarının dərci üçün hakimiyyətdən heç bir razılığım olması tələb olunmurdu. Deməli, mətbuatın sərbəst fəaliyyəti üçün şərait yaradılır, senzuradan imtina edilir.

Onu da qeyd edək ki, Nizamnamənin qəbul olunmasında demokratik hərəkatın xadimi M.Ə.Rəsulzadənin böyük xidməti oldu. M.Ə.Rəsulzadə 1911-ci ildə yazdığıMətbuat azadlığıadlı məqaləsində söz mətbuat azadlığının düşməni olan senzuraya qarşı çıxır, onun zərərini göstərirdi: “Senzura şübhələr yaranmasının, mühüm məsələlərin gizlədilməsinin, siyasi zülmün icra olunmasının əsas amilidir. Mümkün olan bütün əyriliklər, oğurluqlar, fırıldaqlar, zülmlər həmin pərdənin arxasında öz işini görür”.

Azərbaycanda bədnam sovet hakimiyyəti qurulduqdan sonra bolşevik totalitar rejiminin əsasları qoyulur, mətbuat daha çox partiyalı mövqedən çıxış edirdi. Partiya mətbuatı özünün bütün fəaliyyətində marksizmleninizm nəzəriyyəsini, Sov.İKP-nin bu nəzəriyyə əsasında hazırladığı siyasəti rəhbər tutur həyata keçirirdi. 70 il ərzində mətbuat həqiqətən azad deyildi, o vaxtlar deyildiyi kimiəsl xalq tribunasından çox uzaq idi.

Sovet senzura vəzifəsini yerinə yetirənQlavlithökumət nümayəndələrini azacıq da olsa tənqid edən insanlara qarşı çox amansız idi. Bircə fakta müraciət edək. Dissident yazıçı tarixçi Aleksandr Soljenitsın İ.Stalini tənqid etdiyinə görə, ömrünün 8 ilini həbsxanalarda keçirməli olur. İ.Stalinin ölümündən sonra azadlığa çıxan Soljenitsın sovet gerçəkliyindən bəhs edənziyanlıəsəriniQULAQ arxipelaqıepopeyasını Qərbə ötürə bilir. Elə buna görə 1974- ildə onu sovet vətəndaşlığından mərhum edib SSRİ-dən sürgün edirlər.

Azərbaycan ziyalılarının bir çox nümayəndəsi senzuranın qurbanlarına çevrilmişdi. 1953- ildə İ.Stalinin ölümündən sonra hakimiyyətə gələn N.Xruşşov repressiyaya məruz qalmış minlərlə insana bəraət verdi. Onların arasında H.Cavid, Y.V.Çəmənzəminli, Ə.Cavad, M.Müşfiq vardı.

Sov.İKP MK 1957-ci ilin aprel ayındaQlavlitin işi haqqındaqərar qəbul etdi. Qərar mətbuatda dövlət sirrinin qorunmasına həsr olunsa da, bütün çap məhsulları yoxlamadan keçməli idi. Mətbuat üzərində elə bir güclü nəzarət vardı ki, jurnalistlər ondan kənara çıxa bilməzdilər. Bir partiyalı sistem olduğundan redaktorlar Mərkəzi Komitənin təbliğat şöbəsinə tabe idilər yuxarılarınxeyir-duasıilə işləyirdilər.

Təbii fəlakətlərzəlzələ, daşqın, yanğın s. faktlar barədə məlumat verməyə icazə yox idi. Bu mümkün olmadıqda onların miqyasını, dünyasını dəyişənlərin, xəsarət alanların sayını azaltmaq lazım idi. Sovet dövründə belə bir hadisə baş verir: Rusiyanın bölgələrinin birində, qəzet redaksiyasının qarşısındakı binada güclü yanğın baş verir. Qəzet əməkdaşının yanğın barədə hazırladığı məqalənin çapına icazə verilmir. Moskvada nəşr olunanKomsomolskaya pravdaqəzeti yanğın barədə (ölçülü-biçili-AR) yazdıqdan sonra bölgə qəzetinə həmin yazını olduğu kimi dərc etməyi məsləhət bilirlər. Özünə oxucularına hörmət edən redaktor ondan imtina edir.

Keçən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra KİV-in hüquqi bazasını yaratdı. Demokratik ölkələrin təcrübəsinə əsaslanaraq mətbuat Azərbaycan Konstitusiyası ilə (maddə 47, 50) dövlət tərəfindən öz hüquqlarına təminat aldı. Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə senzura ləğv edildi. Beləliklə, jurnalistlər azad sözü, haqqı, ədaləti boğanQlavlitadlı bəladan birdəfəlik qurtuldular. Aqil Abbasın təbirincə desək, “Senzura birdəfəlik öldü. Ölülər isə dirilməz”. 

Senzurasız on altı il. dəyişib? Bizcə, çox şey dəyişib. Bu gün Azərbaycan jurnalistikası əvvəlki illərə nisbətən xeyli inkişaf edib. Lakin bununla yanaşı, jurnalistlərin özlərinin qeyd etdiyi kimi məhkəmə çəkişmələri hələ davam edir. Jurnalist-məmur çəkişmələrində hər iki tərəfin günahı var desək, səhv etmərik. Məmur dözümlü olmalı, haqlı tənqidiudmağıbacarmalıdır. Jurnalist öz peşə borcunu yerinə yetirərkən cəmiyyət qarşısında məsuliyyət hissini unutmamalı, qərəzsiz, obyektiv informasiyaya söykənməlidir. Təəssüf ki, bəzi qəzetlərdə jurnalistin özünün ürəyindən keçən, faktlara söykənməyən yazılara da rastgəlinir. Belə yerdə Amerika satiriki Uill Roçersin sözü yada düşür: “Allah eləməsin ki, vəziyyət qəzetlərin yazdığı kimi pis olsun”. Bəli, Azərbaycanda senzura yoxdur, lakin jurnalistlərin içərisində mənəvi senzuranın olması vacibdir.

Bir sıra problemlər istisna olmaqla bu gün Azərbaycan mətbuatı senzurasız fəaliyyəti ilə postsovet respublikalarına nümunədir. 

 





04.08.2014    çap et  çap et