525.Az

Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazanıb


 

Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazanıb<b style="color:red"></b>

İkiqat Avropa çempionumuz Cəbrayıl Həsənov üçüncü yer uğrunda görüşdə Cəbrayıl bolqarıstanlı Kiril Terziyevlə qarşılaşıb və 9:0 hesabı ilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə,  onun qazandığı bürünc medal yığmamızın 21-ci mükafatı olub.
 
Cəbrayıl Həsənov  da Əliyev kimi yarışa ikinci mərhələdən qatılıb. 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşən dünya çempionatının mükafatçısı 10:0 hesablı qələbə sayəsində 1/4 finala yüksəlib. O, növbəti qarşılaşmasını türkiyəli Soner Dəmirtaşla qüvvəsini sınayıb. Cəbrayıl 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:5 hesabı ilə uduzub.
 
Dəmirtaş finala yüksəldiyindən həmyerlimiz təsəlliverici görüşə qatılıb. O, bu mərhələdə Anri Seleniusa (Finlandiya) qalib gələrək, bürünc medal uğrunda yarışmaq hüququ qazanıb.

 





18.06.2015    çap et  çap et