525.Az

II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşdi


 

II Avropa Oyunlarının keçiriləcəyi şəhər müəyyənləşdi<b style="color:red"></b>

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

"Report"un məlumatına görə, bu barədə Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12-28 iyununda Bakıda təşkil olunub.

 





21.10.2016    çap et  çap et