525.Az

"Jurnallar üçün satış və ya pul yığımı həyata keçirilmir"


 

"Jurnallar üçün satış və ya pul yığımı həyata keçirilmir"<b style="color:red"></b> Abşeron rayon Təhsil Şöbəsi müəllimlərə müraciət edib.

Təhsil şöbəsindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilib ki, Abşeron rayon ümumtəhsil məktəbləri sinif jurnalları, məktəbəhazırlıq qruplarının jurnalı, şəxsi iş, dərsdənkənar məşğələ jurnalları ilə tam pulsuz təmin olunublar.

"Müəllimlər sinif rəhbəri jurnalını istədikləri yerdən ala bilərlər. Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən heç bir adda satış və ya pul yığımı həyata keçirilmir", -deyə müraicətdə qeyd olunub.
 





18.10.2017    çap et  çap et