525.Az

Litvalı rejissor Mədəniyyət və İncəsənət Universitetində


 

Litvalı rejissor Mədəniyyət və İncəsənət Universitetində <b style="color:red"></b>

Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Litvanın tanınmış rejissoru Audrius Stonis, İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədova və Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olublar.

Universitetin rektoru, əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qonaqları qəbul edərək, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrin filmlərinin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib. Tədbir çərçivəsin səs rejissoru ixtisasının da ölkəmizdə tələb edilən sahə olduğunu qeyd edən rektor, universitetdə belə bir ixtisasın açılmasının planlaşdırıldığını deyib.

Görüşün sonunda səfir rektora Litva haqqında kitablar və CD hədiyyə edib. Müzakirə, fikir mübadiləsi formasında tələbələrlə də görüş keçirən rejissor əvvəlcə özü haqqında, sonra isə Litva İncəsənət İnstitutunun təhsil sistemindən, kino rejissoru ixtisasından da maraqlı məlumatlar verib. Daha sonra  tanınmış rejissor ADMİU-nun tələbələrinə ustad dərsləri keçərək poetik kino üslubu və ümumiyyətlə ekran dilinin təkamülü və s. haqqında çəkdiyi filmlərin timsalında başa salıb.

Məlumat üçün bildirək ki, ustad dərsində rejissorun  "Korların dünyası", "Göy zəminin üzəri ilə uçuş" və başqa filmləri nümayiş olunub. Görüş başa çatdıqdan sonra rejissor tələbələri  "Cinema Plus Azerbaijan" kinoteatrında "Qadın və buzlaq" adlı filmini izləməyə dəvət edib.

Zeynəb ƏKBƏR

 





18.10.2017    çap et  çap et