525.Az

"Azərbaycan"ın oktyabr sayı


 

"Azərbaycan"ın oktyabr sayı <b style="color:red"></b>

"Azərbaycan" jurnalının oktyabr sayı işıq üzü görüb.
 
"Poeziya" bölümündə Qəşəm Nəcəfzadə, Adil Cəmil, Ağamir Cavad, Dəyanət Osmanlı, Zəki Bayram, Fəxrəddin Teyyub, Əlirza Həsrət, Tamella Pərvin və Mövlud Teymurun şeirləri verilib.

Vaqif Bəhmənlinin tanınmış teatr xadimi Hüseyn Sarabskinin həyat və yaradıcılıq yolundan bəhs edən "Məcnun özü" portret-povesti "Nəsr" bölümündə yer alıb.

"Hekayələr" bölümündə Kamil Əfsəroğlunun "Bəyaz qaranlıq" və "Sarışınlar metrosu", Aləm Kəngərlinin "Ehsan" hekayələri dərc olunub.

Vilayət Quliyevin tərcüməsində Miksat Kalmanın "Danışan kürk" povestinin son hissəsi "Yeni tərcümələr" rubrikasındadır.

"Esselər" bölümündə Südabə Ağabalayevanın Tofiq Məlikliyə həsr etdiyi "Ocaq daşı" essesi işıq üzü görüb.

Günel Natiq "Ədəbi talelər" rubrikasında "İngilis ədəbiyyatının əfsanələri - Bronte bacıları"ndan yazıb.

"Ədəbi qaynaqlar" bölümündə Cəlil Nağıyev "Kamal Abdulla və onun dastan poetikası"ndan söz açır.

Nərgiz Cabbarlının "Tarixi romanda "ideoloji xətt", tarixi fakt və ona münasibət" yazısı "Tənqid və ədəbiyyatşünaslıq" bölümündə öz əksini tapıb.

MÜŞFİQ

 





18.10.2017    çap et  çap et