525.Az

Abdulla Şaiqin ev-muzeyində daha bir təqdimat


 

Abdulla Şaiqin ev-muzeyində daha bir təqdimat<b style="color:red"></b>

Oktyabrın 16-da Abdulla Şaiqin ev-muzeyində pedaqoji elmlər üzrə fəlsəfə doktoru, pedaqoq və publisist Məlahət Mürşüdlünün "Abdulla Şaiq Talıbzadənin pedaqoji fəaliyyəti və onun "Nümunə məktəbi"nin təlimin yeni məzmunda qurulmasında rolu" adlı monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimatda Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbzadəyə monoqrafiyanın əhəmiyyətindən danışıb.

Muzeyin əməkdaşı Məmmədli Elminaz "Şaiq Nümunə Məktəbi"nin yaranması, fəaliyyəti haqqında məruzə ilə çıxış edib.

Tədbirdə Məlahət Mürşüdlü monoqrafiyanın yaranma tarixi və məzmunu ilə bağlı geniş məlumat verib. O, Abdulla Şaiqin şərəfli həyat yolu, keşməkeşli pedaqoji fəaliyyəti, "Şaiq Nümunə Məktəbi"ni necə yaratması, şagirdləri və onların valideynlərini anadilli təhsilə cəlb etməsi, Abdulla Şaiqin milli təhsildəki fəaliyyəti barədə ətraflı məlumat verib. O, eyni zamanda, müəllifi olduğu və təqdimatı keçirilən kitabın Azərbaycan müəllimlərinin pedaqoji fəaliyyətlərində xüsusi rola malik olacağını da qeyd edib.

Qeyd edək ki, kitab "Şaiq Nümunə məktəbi"nin yüz illiyi münasibətilə işıq üzü görüb.

 





18.10.2017    çap et  çap et