525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq? <b style="color:red"></b> Oktyabrın 19-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gün ərzində yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 11-13° isti, gündüz  17-20° isti, Bakıda gecə  11-13°, gündüz  18-20° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət   gecə 65-75 %, gündüz 50-60 %  olacaq.
 
Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
 
Mülayim şərq küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
 





18.10.2017    çap et  çap et