525.Az

Yaponiya Ayın səthində nəhəng tunel aşkar etdi


 

Yaponiya Ayın səthində nəhəng tunel aşkar etdi<b style="color:red"></b>

Yaponiya Aerokosmik Məkanın Mənimsənilməsi Agentliyi (JAXA) “Kaquya” süni peykinin Ay ilə bağlı göndərdiyi məlumatların təhlili zamanı onun səthində tunelə bənzər nəhəng boşluğun aşkar edildiyi barədə məlumat yayıb.

JAXA həmin tuneldə Ay missiyasının təşkili üçün bazanın yaradılmasının mümkünlüyünü bildirib. Agentlik 2007-ci ildə buraxılmış “Kaquya” orbital zondu tərəfindən radar vasitəsilə təqribən 18 ay ərzində toplanmış məlumatları təhlil edib.

JAXA mütəxəssislərinin məlumatına görə, tunel Marius təpəsi adını almış vulkanik yüksəkliyin altında yerləşir. Tunel təqribən 50 kilometr uzunluğa malikdir və 50 metr diametrində kəsiklə Ayın səthinə çıxır. Onun torpağın altında yerləşməsi burada gündüz və gecə vaxtı temperaturun kəskin dəyişməsinin və kosmosdan gələn radiasiyanın qarşısını alır. Burada tərkibində su olan minerallar da ola bilər.

Yaponiya 2025-ci ildə Aya astronavtlar göndərməyin yollarını araşdırır.

 





19.10.2017    çap et  çap et