525.Az

Sahibkarlığa Kömək Milli Fondu auditor seçir


 

Sahibkarlığa Kömək Milli Fondu auditor seçir<b style="color:red"></b> İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SFMF) 2017-ci il üzrə fəaliyyətinin auditor yoxlanmasının xidməti üzrə kotirovka sorğusu elan edir.
 
SKMF-dən “APA-Economics”ə verilən məlumata görə, kotirovka sorğusunda müxtəlif meyarlar üzrə beynəlxalq reytinqlərə görə ilk onluğa daxil olan və analoji maliyyə institutlarında kənar auditin aparılmasında uzunmüddətli təcrübəyə malik audit şirkətləri iştirak edə bilər.
 
İddiaçılar satınalma prosedurunun predmetinə dair hazırlanmış əsas şərtlər toplusunu SKMF-dən əldə edə bilərlər. Təkliflər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
 
Təkliflər 30 oktyabr saat 15:00-a qədər qəbul olunur.
 





19.10.2017    çap et  çap et