525.Az

Vaşinqtonda Azərbaycanın Müstəqillik günü qeyd olundu


 

Vaşinqtonda Azərbaycanın Müstəqillik günü qeyd olundu<b style="color:red"></b> Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) Səfirliyində Dövlət Müstəqilliyi Günü münasibətilə qəbul keçirilib.
 
Səfirlikdən 525.az-a bildirilib ki, tədbirdə Donald Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustanı əhatə edən CAMCA təqaüd proqramı çərçivəsində Vaşinqtonda səfərdə olan sözügedən dövlətlərin nümayəndələri, bu ölkələrin Vaşinqtondakı səfirləri (Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan), Gürcüstan və Əfqanıstan səfirliklərinin diplomatları, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi, CAMCA proqramının məsul nümayəndəsi Dato Sumbadze və digər şəxslər iştirak edib.
 
Səfir Elin Süleymanov Ramsfeld Fondunun müvafiq təqaüd proqramında iştirak edən nümayəndələrinin Azərbaycan Səfirliyinə səfərinin artıq ənənəyə çevrildiyini deyib. Səfir Azərbaycanın müstəqillik tarixi, keçdiyi inkişaf yolu, apardığı uğurlu və ardıcıl siyasəti barədə geniş məlumat verib. Diplomat vurğulayıb ki, bu siyasət və görülən tədbirlər nəticəsində Azərbaycan öz müstəqilliyini daha da möhkəmləndirib, ölkəmiz ciddi tərəfdaş kimi dünyada öz yerini tutub.
 
E. Süleymanov Azərbaycanın təşəbbüsü və aparıcı rolu əsasında icra olunan enerji və nəqliyyat infrastruktur layihələr danışıb, bu layihələrin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının inteqrasiyası baxımından əhəmiyyətini göstərib.
 
Qazaxıstan səfiri Erzhan Kazıxanov, Tacikistan səfiri Farhod Salim və Qırğızıstan səfiri Kadır Toktogulov bu əlamətdar gün münasibətilə Azərbaycanı təbrik ediblər.
 





19.10.2017    çap et  çap et