525.Az

Prezident Ukrayna baş nazirinin birinci müavinini qəbul etdi


 

Prezident Ukrayna baş nazirinin birinci müavinini qəbul etdi<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
 
APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Stepan Kubiv Ukrayna prezidenti Petro Poroşenkonun salamlarını Azərbaycan prezidentinə çatdırıb.
 
Görüşdə Azərbaycanla Ukrayna arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
 
Prezident İlham Əliyev Ukrayna prezidenti Petro Poroşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Ukrayna prezidentinə çatdırmağı xahiş edib.
 





19.10.2017    çap et  çap et