525.Az

"Yeni romanslar" müsabiqəsinin qalibləri mükafatlandırıldı


 

"Yeni romanslar" müsabiqəsinin qalibləri mükafatlandırıldı<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində "Mədəniyyət" kanalının layihəsi olan "Yeni romanslar" müsabiqəsinin qalibləri təltif edilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbir "Mədəniyyət" kanalı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbirdə "Mədəniyyət" kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarların yaratdığı romansların gələcək nəsil üçün əhəmiyyətindən danışıb. Layihənin gənc bəstəkarlar üçün örnək olduğunu deyən R.Qasımov qalibləri təbrik edib.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə gənc bəstəkarların əsərlərindən ibarət kompozisiyalar təqdim olunub.

İfaçıları professor Zülfiyə Sadıqovanın bədii rəhbərliyi ilə Xəzər Universitetinin kamera orkestrı müşayiət edib.

 





19.10.2017    çap et  çap et