525.Az

Gənclər təşkilatı Müstəqillik gününü Qarabağda qeyd etdi


 

Gənclər təşkilatı Müstəqillik gününü Qarabağda qeyd etdi<b style="color:red"></b>

Dünən Ağcabədidə Gənclər üçün Təhsil Mərkəzi 120-dən çox gənc və yeniyetmənin iştirakı ilə Azərbaycanın Müstəqillik gününə həsr olunmuş "Şanlı Tarix" adlı bilik çempionatı keçirib.

Təşkilatdan verilən məlumata görə, çempionatın əsas məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, istedadlı gəncləri üzə çıxarmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.

Muğam Mərkəzində baş tutan açılış mərasimində çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin rəhbəri Radə Qafarova ölkədə aparılan gənclər siyasətinin hədəflərini, bu siyasətin həyata keçirilməsində gənclər təşkilatlarının və gənclərin fəal şəkildə qoşulduğunu, onların hər tərəfli inkişafı üçün zəruri şəraitin yaradıldığını diqqətə çatdırıb. Bildirilib ki, bugünkü yarışın keçirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların dəstəklənməsi də məhz dövlətin gənclər siyasətinin əsas tərkib hissəsidir.

Çıxış edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Nicat Axundov və digər rəsmi qonaqlar Mehman Novruzov, Niyazi Zeynalov keçirilən yarışın əhəmiyyətini qeyd edərək, gənclərimizin yüksək intellektə və biliyə sahib olduğunu diqqətə çatdırıblar. Daha sonra komandaların iştirakı ilə yarış keçirilib.

Ümumilikdə, 12 komandanın iştirak etdiyi yarışda 3 saylı məktəb liseyinin "Zəfər" komandası 1-ci yer , 5-saylı orta məktəbin "Odlar Yurdu" komandası 2-ci yer, 1 saylı orta məktəbin "Səfəvi" komandası 3-cü yer tutaraq mərkəz tərəfindən diplom və müxtəlif hədiyyələrlə təltif olunub.

Ceyhun ABASOV

 





19.10.2017    çap et  çap et