525.Az

"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir


 

"Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda tədbir <b style="color:red"></b>

Dünən Milli Kitabxanada Azərbaycanın müstəqilliyinin 26-cı ildönümünə və Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illiyinə hərs olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin əsasını yaradan tarixi şəxsiyyətdir: "Məhz onun səyi nəticəsində müasir Azərbaycan dövləti qurulub, müstəqilliyimiz əbədi və dönməz xarakter alıb. Bu gün ümummilli liderin müəyyənləşdirdiyi inkişaf yolu onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı xidmətlərindən biri də Yeni Azərbaycan Partiyasını yaratmasıdır".

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri, Milli Məclisin üzvü Şəmsəddin Hacıyev müstəqilliyin tarixindən və dəyərindən, YAP-ın yaranma tarixindən, Heydər Əliyevin siyasi fəaliyyətinin bütün mərhələlərindən ətraflı danışıb.

Daha sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəbli və digərləri Azərbaycanın mövcudluğunun qorunub saxlanması, inkişafı, respublikada sabitlik və həmrəyliyin, tolerantlığın təmin olunmasının xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib, onun Azərbaycanda dövlətçilik məktəbi yaratmasından, müasir Azərbaycanın bu gün demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla irəliləməsindən danışıblar.

Tədbirdə Milli Kitabxananın partiyaya daxil olmuş əməkdaşlarına üzvlük vəsiqələri təqdim olunub.

Bundan başqa, tədbir iştirakçıları "Heydər Əliyev və müasir Azərbaycan" adlı geniş kitab sərgisi ilə tanış olublar.

Ceyhun ABASOV

 





19.10.2017    çap et  çap et