525.Az

Bakıda şimal küləyi əsəcək, rayonlarda duman olacaq


 

Bakıda şimal küləyi əsəcək, rayonlarda duman olacaq<b style="color:red"></b> Oktyabrın 20-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. 
 
ETSN-dən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 10-13° isti, gündüz  18-21° isti, Bakıda gecə  11-13°, gündüz  19-21° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət   gecə 75-85 %, gündüz 55-65 %  olacaq.
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.
 





19.10.2017    çap et  çap et