525.Az

Azərbaycanlı alimin kitabına yazılan rəy Çexiyada çap olundu


 

Azərbaycanlı alimin kitabına yazılan rəy Çexiyada çap olundu<b style="color:red"></b>

AMEA Nəsimi adına Dilçilik İnstitutunun professoru Sevil Mehdiyevanın rəyi həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın bu günlərdə rus dilində işıq üzü görən “Qrammatiçeskiy status i semantika priçastiy v tyurkskix yazıkax” (“Türk dilllərində feili sifətlərin qrammatik statusu və semantikası”) adlı kitabına rəyi Çexiyada nəşr olunan beynəlxalq bazalarda indeksləşdirilən “Filologicke Vedomosti” adlı jurnalda çap edilib.
 
Monoqrafiya müasir türk dillərində və onların dialektlərində feili sifətlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunub.

Müəllif qeyd edir ki, monoqrafiya türk dillərində feili sifətin müqayisəli-tarixi aspektdə ilk müfəssəl tədqiqatdır.

Rəydə qeyd edilir ki, tədqiqatçı türk dillərinin feili sifət formalarının mənşəyinin və qrammatik statusunun problemlərini əhatəli araşdırıb.

XƏDİCƏ

 





18.11.2017    çap et  çap et