525.Az

Texniki Universitetdə imtahanların gedişi izlənildi - Fotolar


 

Texniki Universitetdə imtahanların gedişi izlənildi - <b style="color:red">Fotolar </b>

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilinin payız semestri qış imtahan sessiyasının gedişini müşahidə etmək üçün “Açıq qapı” günü təşkil olunub.

Universitetin İctimai Şurasının üzvləri, KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib, qış imtahan sessiyasının mövcud qaydalara uyğun keçirildiyini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

AzTU-nun rektor əvəzi Xaliq Yahudov bildirib ki, bu il qış imtahan sessiyasında təxminən 9 minə yaxın tələbə iştirak edir: “Bütün I, II kurs və Xüsusi texnika və texnologiya fakütləsi, SABAH qruplarının tələbələri, eləcə də magistrantlar yazılı, bakalavriat səviyyəsinin III və IV kruslarında təhsil alanlar isə tes üsulu ilə imtahan verirlər”.

Rektor əvəzi qeyd edib ki, imtahan sessiyasında hazırlıq ərəfəsində müvafiq fənlər üzrə yoxlama imtahanları-kollokviumlar keçirilib: “İmtahanların gedişinə nəzarət etmək məqsədilə universitetdə qərargah və Apellyasiya Komissiyası yaradılıb. Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımı şərait yaradılıb. Burada mübahisə doğuran məsələlər komssiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və opreativlik təmin edilir”.

X.Yahudov məlumat verib ki, universitetdə tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər bu ali məktəbdə yaradılmış elektron universitet portalı vasitəsilə nəzarətə götürülür: “Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq etdikdən sonra dərhal kompüterin ekranında görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb. Yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün, yaxud da 1 gün sonra qiymətlər tələbələrə elan edilir, eyni zamanda “itm.aztu.az” saytında yerləşdirilir”.

Sonra təhsil ekspertləri, media nümayəndələri universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. İmtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşən müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. 

Ceyhun ABASOV

 





16.01.2018    çap et  çap et