525.Az

Teleqüllə yaxınlığında 7 metr dərinliyində, 1 metr enində çatlar yarandı


 

Teleqüllə yaxınlığında 7 metr dərinliyində, 1 metr enində çatlar yarandı<b style="color:red"></b>

Bakı Televiziya Qülləsi yaxınlığındakı sürüşmə sahəsində son vəziyyət açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib ki, “Teleqüllə” sürüşmə sahəsi aktivləşib. 

Onun sözlərinə görə, həm torpaq qatında, həm də istinad divarında çatların ölçüləri genişlənib. 

“Bütün istinad divarı boyunca 15-20 santimetr ölçüsündə çatlar əmələ gəlib. Torpaq qatında elə yer var ki, çatların eni 1 metrə, dərinliyi 6-7 metrə çatır. Bundan əlavə, torpaq qatında müxtəlif istiqamətli çox saylı çatlar əmələ gəlib. Biz hazırla onların üzərində müşahidələr aparırıq”, - deyə ekspedisiya rəisi qeyd edib. 

Qeyd edək ki, “Teleqüllə” sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub – şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub.

 





16.01.2018    çap et  çap et