525.Az

Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya üzv olmasını dəstəkləyir


 

Gürcüstan əhalisi ölkənin Aİ və NATO-ya üzv olmasını dəstəkləyir<b style="color:red"></b>

ABŞ-ın Milli Demokratiya İnstitutu (NDI) Gürcüstanda keçirdiyi ictimai rəy sorğusunun nəticələrini təqdim edib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, rəyi soruşulanların 72%-i ölkənin Avropa İttifaqına, 64%-i isə NATO-ya üzvlüyünü dəstəkləyir.

Gürcüstanda yaşayan milli azlıqlardan olan respondentlərin 36%-i ölkənin NATO-ya üzvlüyünü məqbul, 35%-i qeyri-məqbul hesab edib. Rəyi soruşulanların 29%-i cavab verməkdə çətinlik çəkib.
 
Respondentlərin 29%-i Gürcüstanın Avrasiya İttifaqına qoşulmasını dəstəkləyib. Ölkənin Rusiya, Belarus və Qazaxıstan tərəfindən təsis olunmuş birliyə üzvlüyünə Tbilisidəki respondentlərin 20%-i, kənd sakinlərinin 31%-i razılıq ifadə edib. Milli azlıqlardan olan respondentlər arasında isə bu göstərici 56% təşkil edib.   
 
Qeyd edək ki, 2298 respondentin iştirak etdiyi ictimai rəy sorğusu ötən ilin 29 noyabr-19 dekabr tarixində keçirilib. Sorğu işğal altında olan ərazilər istisna olmaqla, bütün Gürcüstan üzrə keçirilib.

 





16.01.2018    çap et  çap et