525.Az

Bakıda rumıniyalı bəstəkar Corce Eneskunun anım tədbiri keçirildi


 

Bakıda rumıniyalı bəstəkar Corce Eneskunun anım tədbiri keçirildi<b style="color:red"></b> Rumıniyanın Mədəniyyət Günü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən məşhur rumıniyalı bəstəkar Corce Eneskunun anım tədbiri keçirilib.
 
APA-nın xəbərinə görə, Rumıniya səfirliyinin nümayəndə heyəti bəstəkarın Bakıdakı abidəsi ziyarət edilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva və digər qonaqlar iştirak edib.

Rumıniya səfiri Dan İanku çıxışında deyib ki, Azərbaycan və Rumıniya xalqları mədəniyyət vasitəsilə bir-birini tanıyır və bu yolla ortaq cəhətlərin olduğunu, mövcud fərqlərin mühüm olmadığını dərk edir.

Səfir əlavə edib ki, iki ölkə arasında mədəni mübadiləni gücləndirmək üçün 2018-ci ildə bu istiqamətdə daha çox səylər göstəriləcək.
 





16.01.2018    çap et  çap et