525.Az

Amsterdamda Azərbaycanla bağlı təqdimat


 

Amsterdamda Azərbaycanla bağlı təqdimat<b style="color:red"></b>

Amsterdamın məşhur "The Royal Industrieele Groote Club" klubunda Azərbaycanla bağlı geniş təqdimat keçirilib.

Hər il bir ölkəyə səfər edərək, onun mədəniyyətini yaxından tanımaq istəyən klub üzvləri bu il Azərbaycanı seçiblər. Bu münasibətlə klubda keçirilən köhnə Yeni il tədbiri çərçivəsində ölkəmizlə bağlı geniş təqdimat təşkil olunub.

Təqdimat Holland-Azərbaycan Dostları Cəmiyyətinin (DufoA) direktoru Leyla Babayevanın rəhbərliyi ilə hazırlanıb. Azərbaycanın xəritəsi nümayiş olunan zalda tariximiz, mədəniyyətimizə dair kitablar, broşürlər, eləcə də xalça, milli geyimlərdən ibarət sərgi klub üzvlərinə ölkəmizlə ilkin tanışlığa imkan yaradıb.

Tədbirdə Təbrizdən olan azərbaycanlı məşhur opera müğənnisi Reza Ranyazmayın ifa etdiyi Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. "Karavan kultur" ART agentliyinin təsisçisi Elena Xaritonova ölkəmiz haqqında geniş məlumat verib.

XƏDİCƏ

 





16.01.2018    çap et  çap et