525.Az

ABŞ Suriya ilə bağlı son planları barədə NATO-nu xəbərdar etməyib


 

ABŞ Suriya ilə bağlı son planları barədə NATO-nu xəbərdar etməyib<b style="color:red"></b>

ABŞ Suriyanın şimalında “sərhəd təhlükəsizliyi qüvvələri”nin yaradılmasına dair NATO ilə heç bir məsləhətləşmə aparmayıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.     

“Biz məsələ ilə bağlı Türkiyənin narahatlığını başa düşürük”, - deyə Stoltenberq Ərdoğana bildirib.   

Bundan əvvəl ABŞ-ın YPG dəstələrini məxfi şəkildə zenit-raket kompleksləri ilə təmin etdiyi bildirilmişdi.

 





17.01.2018    çap et  çap et