Ukrayna Ali Radası “Donbasın reinteqrasiyası haqqında” qanun layihəsinin müzakirəsini növbəti plenar iclasadək təxirə salıb.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna parlamentinin saytında bildirilir.
“Ümumilikdə, 673 düzəlişdən 482-sinə baxılıb. Düzəlişlərin baxılması növbəti plenar iclasda davam etdiriləcək”, - deyə məlumatda bildirilir.
Növbəti plenar iclas yanvarın 17-də keçiriləcək.