525.Az

Putin: "Hökumətdəki dəyişikliklər andiçmədən sonra elan ediləcək"


 

Putin: "Hökumətdəki dəyişikliklər andiçmədən sonra elan ediləcək"<b style="color:red"></b>

"Andiçmədən sonra hökumətdə dəyişiklik edilib-edilməməsi haqqında qərar verəcəm".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin hökumətdə dəyişiklik edib-etməməsi ilə bağlı suala cavabında bildirib. 

Özünün seçki qərargahında jurnalistlər önünə çıxan Vladimir Putin bır sıra suallara cavab verib. O, hələlik yeni konstitusiya islahatları keçirməyəcəyini söyləyib:

"O ki, qaldı hökumətin rəhbəri məsələsinə, deyə bilərəm ki, ümumilikdə hökumət barədə qərar andiçmədən sonra veriləcək. Hələlik, seçkilərin nəticələrini gözləmək lazımdır. Bütün dəyişikliklər andiçmədən sonra elan ediləcək".

 





19.03.2018    çap et  çap et