525.Az

Zabil Müqabiloğlunun anım günü: Məhrum jurnalistin kitab təqdimatı keçiriləcək


 

Zabil Müqabiloğlunun anım günü: Məhrum jurnalistin kitab təqdimatı keçiriləcək<b style="color:red"></b>

Mərhum jurnalist Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş kitabın təqdimat mərasimi keçiriləcək.

Bu barədə jurnalistin bacısı Sevinc Əliyeva Hürriyyət.org-a məlumat verib.

“Bildiyiniz kimi, Zabil Müqabiloğlu jurnalistika sahəsində öz sözünü demiş, tanınmış jurnalist idi. Zabil şeirlər və hekayələr yazırdı. Onun bir neçə şeir və hekayələri həyatı kimi yarımçıq qaldı. Zabil çox vətənpərvər insan idi və ən böyük arzulardan biri Qarabağa, doğma Zəngilana qayıtmaq idi. Təəssüf ki, ömür vəfa eləmədi. Onun ölümündən sonra bir oğlu qalıb. Buna görə Zabilin kitabının çıxması üçün çox çalışdım”, -Sevinc xanım bunları deyib.

Sevinc Əliyevanın sözlərinə görə, nəhayət, bu il Novruz bayramından sonra Zabil Müqabiloğlunun xatirəsinə həsr olunmuş “Son zəng” ktiabının təqdimat mərasimi keçiriləcək. Həmin tədbirin təşəbbüskarı Mətbuat Şurasının Sədri Əflatun Amaşovdur.

S.Əliyeva qeyd edib ki, kitabın çıxmasında ona bir neçə jurnalist dəstək olub: “Kitaba Zabilin xarici səfirlərlə çəkdirdiyi, bir çox tədbirlərdən olan şəkillərini yerləşdirmişik. O cümlədən kitabda onun şeir və hekayələri, yaxın dostlarının xatirə yazıları öz əksini tapıb. Zabilin kitabının çıxmasında mənə jurnalist dostları Həbibə Abdulla, Famil Cəfərli və Xalid Kazımlı dəstək olub. Hər birinə öz təşəkkürümü bildirirəm”.

Xatırladaq ki, uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkən Z.Müqabiloğlu 2017-ci ilin 27 fevralında dünyasını dəyişib.

Zabil Müqabiloğlu 1977-cil ilin 17 noyabrında Zəngilan rayonunun Babaylı kəndində anadan olub. 20 ilə yaxın mətbuatda fəaliyyət göstərib, şerlər yazıb. “525-ci qəzet”, “Yeni Müsavat” qəzetlərində çalışıb Z. Müqabiloğlu. Ölkənin aparıcı mətbuat orqanlarında rəhbər vəzifələr tutan jurnalistin son iş yeri Günxeber.com informasiya portalı (portalın təsisçisi və baş redaktoru) olub.

 





19.03.2018    çap et  çap et