525.Az

Bakıda "Kitab və mütaliə" mövzusunda müzakirə


 

Bakıda "Kitab və mütaliə" mövzusunda müzakirə <b style="color:red"></b>

Martın 18-də VI Qlobal Bakı forumu çərçivəsində "Kitab və mütaliə" mövzusunda Beynəlxalq "dəyirmi masa" keçirilib.

Tədbiri Bakı forumunun həmsədri, İsgəndəriyyə kitabxanasının direktoru doktor İsmayıl Siragəldin açıb. O, forumda müzakirə olunan məsələlərdən söhbət açaraq onların hamısının bilavasitə kitab və mütaliə ilə bağlı olduğunu, ona görə də bu məsələyə ayrıca bir panelin həsr olunduğunu qeyd edib.

Bu paneldə ictimai-siyasi xadimlərlə yanaşı, kitabxana işçilərinin, İKT mütəxəssislərinin iştirak etməsinin daha vacib olduğunu söyləyib. Tədbirdə "Kitab və milli inkişaf", "Kitab və mədəni irsimizi qoruyub saxlayaq", "Kitablar, təhsil və media ədəbiyyat" mövzularında çıxışlar olub. Makedoniya Respublikasının prezidenti George İvanov, Rumıniya Baş Nazirinin müavini Ana Birçal, Latviya Respublikasının sabiq prezidenti Vaira Vike-Freiberqa, Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviç, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və başqa kitabxana nümayəndələri tədbirdə iştirak ediblər.

Kərim Tahirov çıxışında tədbirin əhəmiyyətindən söz açıb, Açıq Kitabxana lahiyəsindən danışıb. Layihə haqqında geniş təqdimatı isə Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova edib.

Qonaqlar Açıq Kitabxana layihəsi də daxil olmaqla Milli Kitabxana ilə tanış olublar.

Şahanə MÜŞFİQ

 





20.03.2018    çap et  çap et