525.Az

Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının açılışında - Foto


 

Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının açılışında - <b style="color:red">Foto </b>

Aprelin 16-da Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimi olub.

Mərasimdə bir sıra qonşu ölkələrin dövlət və hökümət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktorları iştirak ediblər.

Azərbaycanı açılş mərasimində Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov və Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov təmsil ediblər.
 
Qətər Milli Kitabxanası məhşur Qətər Fondunun nəzdində fəaliyyət göstərir və bu modern və möhtəşəm arxitekturaya malik bina həmin fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa olunub.

Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilib və tam sərbəst istifadə olunur. 

Çox böyük oxu zalları və evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılıb. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.

Açılış mərasimində Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani, Qətər Fondunun prezidenti Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Wastawy, bir sıra dünya milli kitabxanalarının direktorları, binanın arxitektoru Rem Kulhas və texniki mühəndisi çıxış ediblər.

Sonra Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani qonaqların şərəfinə ziyafət verib. Ziyafətin sonunda Qətər əmiri Şeyx Təmin bin Həməd Əl Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan prezidentinin salamlarını əmirə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik edib.

 





18.04.2018    çap et  çap et