525.Az

Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu


 

Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyasının qonağı oldu <b style="color:red"></b>

Klassik xoreoqrafiya məktəbinin parlaq nümayəndəsi, beynəlxalq rəqs festivalı -“ OLİMPRƏQS”in prodüseri, Berlin Dövlət Teatrının pedaqoqu, balet artisti Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin (BXA) qonağı olub.

İlk olaraq qonağı salamlayan akademiyanın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova  Azərbaycan ilə Almaniya arasındakı diplomatik əlaqələrdən danışıb, ölkəmizin bütün sahələrdə olduğu kimi mədəni müstəvidə də çox uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Görüş çərçivəsində iki ölkə arasında xoreoqrafiya sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Prorektor, eyni zamanda, qonağa Bakı Xoreoqrafiya Akademiyası, onun beynəlxalq əlaqələri, xarici universitetlər ilə əməkdaşlıqları barədə ətraflı məlumat verib. Daha sonra qonağın BXA-nın beynəlxalq əlaqələrinin genişlənməsinə, inkişafına təkan verəcəyinə də inamını ifadə edib.

Səmimi qəbul və verilən məlumatlar üçün təşəkkürünü bildirən Aleksey Besmertnı Bakı Xoreoqrafiya Akademiyasında olmaqdan məmnunluğunu ifadə edib.

O, Almaniya ilə Azərbaycan arasında bədii təhsil sahəsində ikitərəfli əlaqələrin genişlənməsində və gələcəkdə birgə fəaliyyət sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.

Qonaq klasik rəqs, klassik duet rəqsi və Azərbaycan milli rəqsi dərslərində iştirak edib, eləcə də kollec tələbələrinin Üzeyir Hacıbəylinin “Arşın mal alan” buraxılış tamaşasını izləyib.

Sonda isə A.Besmertnı bu cür görüşləri mütəmadi olacağına ümidvarlığını da bildirib.

Məlumat üçün bildirək ki, Aleksey Besmertnı Berlin Dövlət Teatrında, Praqa Dövlət Operasında, Belqrad Milli Teatrında və Tokionun Siti-balet Teatrında  səhnədə balet sənətindən dərs deyir. O, Kipr, Koreya, Avstriya və bir çox ölkələrdə keçirilən beynəlxalq müsabiqələrin münsiflər heyətinin üzvü olub.

 





01.05.2018    çap et  çap et