Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan qastrol səfərlərindən qayıdıblar.
Teatrın mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, orkestrimiz Avropada ən mötəbər musiqi festivallarından olan Bavariya opera sənəti festivalın Qrand-Final konsetində iştirak edib. Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və M.Musayevin musiqiləri də olub.