../img/pics/medium/140565_s5hsmz8pw5.jpg Türkiyədə Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxıldı
../img/pics/medium/140568_uzkby0nan9.jpg Bu şənbə "525-ci qəzet"də - ANONS
../img/pics/medium/139624_el2da09bdy.jpg Kapadokya Universitetinə tələbə qəbulu davam edir - Elan
../img/pics/medium/140555_7bw3y2h595.jpg Milli-mənəvi duyğuların Güneydə pərvəriş tapan təcəssümü
SON XƏBƏRLƏR
24 Avqust 2019
23 Avqust 2019

Zemfira Meftaxətdinova: "Azərbaycan beynəlxalq yarışları keçirməyə qadirdir"

Zemfira Meftaxətdinova: "Azərbaycan beynəlxalq yarışları keçirməyə qadirdir"<b style="color:red"></b>

"UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final oyunu ərəfəsində anti-Azərbaycan qüvvələrin növbəti dəfə fəallaşaraq ölkəmizə qarşı qarayaxma kampaniyasına başlaması təsadüfi deyil".

Bunu Olimpiya çempionu Zemfira Meftaxətdinova AzərTAc-a açıqlamasında deyib.

O əlavə edib ki, Azərbaycanın regionda sülhün və təhlükəsizliyin möhkəmlənməsi, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsi, dünyada söz və nüfuz sahibinə çevrilməsi istiqamətində atdığı müstəqil siyasəti bəzi qüvvələrin narahatlığı artırır:

"Həmin qüvvələr ölkəmizin dünyada nüfuzunun artmasından, onun dünyada ən mühüm məsələlərin müzakirə olunduğu beynəlxalq mərkəzə çevrilməsindən daha çox narahat olmağa başlayır və hər vəchlə buna mane olmağa çalışırlar. UEFA Avropa Liqasının final oyunu kimi mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırılması yönündə aparılan məkrli kampaniya da məhz bu qara niyyətli qüvvələrin növbəti addımıdır. Ölkəmizə qarşı idmana aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələrin irəli sürülməsi məhz bu amillərlə bağlıdır".

Dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanın həm də güclü idman dövləti kimi tanındığını bildirən Olimpiya çempionu ölkəmizdə nüfuzlu idman tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq bildirib:

“Azərbaycan irimiqyaslı turnirlərin keçirilməsində zəngin təcrübəyə malikdir. Ölkəmiz əvvəlki dövrdə də sübut edib ki, istənilən mötəbər beynəlxalq tədbiri, idman yarışını ən yüksək səviyyədə təşkil etməyə qadirdir. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2016-cı ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Qran-Prisi və digər mühüm tədbir və yarışlar ərəfəsində də ölkəmiz qarayaxma kampaniyalarının hədəfi olub.

Hazırda irəli sürülən iddialar da növbəti mühüm tədbir ərəfəsində Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək məqsədi daşıyır. Azərbaycanın sülhsevər ölkə, xalqımızın qədirbilən və qonaqpərvər olmasını ölkəmizə gələn qonaqlar dəfələrlə etiraf ediblər. Əvvəllər də yarışlar zamanı erməni idmançılar Azərbaycana gəliblər. Hətta dövlətimizin başçısı erməni idmançılara mükafatları şəxsən təqdim edib. Bu yarışlar zamanı Ermənistan və digər ölkələrin idmançılarına qarşı heç bir insident, xoşagəlməz hadisə baş verməyib.

“Arsenal” klubunun futbolçusu erməni əsilli Henrix Mxitaryanın da Azərbaycana gəlməsində heç bir problem yoxdur və ən yüksək təhlükəsizlik zəmanəti verilib. İdman təkcə yarışların təşkili deyil, həm də xalqlar, dövlətlər arasında sülh, dostluq və həmrəyliyin yaradılması üçün gözəl vasitədir. Əminik ki, Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu da xalqların dostluq və qardaşlıq bayramına çevriləcək”.


 
Bölmənin digər xəbərləri
Messi güclüdür, yoxsa Ronaldo? - Alimlər cavab verdilər Messi güclüdür, yoxsa Ronaldo? - Alimlər cavab verdilər
Belçikanın Lyoven Katolik Universitetinin alimləri Argentina millisinin futbolçusu Lionel Messinin, yoxsa Portuqaliya yığmasının oyunçusu Kriştianu Ronaldunun ən yaxşı olduğunu müəyyənləşdirən formul tərtib...
21.08.19
“Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular “Judo Club 2012”nin gənc cüdoçuları Azərbaycan birinciliyinin qalibi oldular
Avqustun 15-16-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşınadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. ...
19.08.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi Motokross üzrə Bakı çempionatının qalibləri müəyyənləşdi
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Ümid Avtomobil Klubunun meydançasında motokross üzrə Bakı şəhər çempionatı keçirilib....
09.08.19
APOEL baş məşqçini istefaya göndərdi - “Qarabağ”a uduzduğuna görə APOEL baş məşqçini istefaya göndərdi - “Qarabağ”a uduzduğuna görə
APOEL baş məşqçisi Paolo Trametsani istefaya göndərib....
08.08.19
Deputat Deputat "Qarabağ"ı təbrik etdi
Azərbaycanın “Qarabağ” komandası Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə Kiprin APOEL komandasına qalib gəlib. Komandamızın bu qələbəsi bizə ikiqat sevinc bəxş etdi. Bu qələbənin...
07.08.19
“Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət “Qarabağ”dan APOEL və Kipr polisinə siyasi təxribatla bağlı müraciət
“Qarabağ” APOEL-lə bu gün keçiriləcək oyunda mümkün təxribatların qarşısını almaq üçün Kipr klubuna müraciət edib. ...
06.08.19
Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi - Foto
Bakıda uğurla başa çatan XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan cüdoçuları üçün də yaddaqalan olub. ...
30.07.19
Veteran cüdoçularımız Avropa çempionatında uğurla çıxış ediblər - Foto Veteran cüdoçularımız Avropa çempionatında uğurla çıxış ediblər - Foto
İyulun 25-dən 28-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində veteran cüdoçular arasında Avropa çempionatı keçirilib. ...
30.07.19
"25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq"
"1994-cü ildə ulu öndər Heydər Əliyevin ilk sərəncamlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması idi. Azərbaycanda gənclər və idman sahələrinin prioritet olacağını ulu öndər görürdü...
26.07.19
"Neftçi"ni aparan təyyarə 5 saatdan çox ləngimədən sonra yola düşdü - Yenilənib
Göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb. ...
24.07.19
Messi bir oyunluq cəza aldı Messi bir oyunluq cəza aldı
Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb. ...
24.07.19
"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi - Çempionlar Liqası
Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb. ...
22.07.19
Əfsanəvi ciu-citsu ustası Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi
Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib....
22.07.19
“Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik” “Dundalk”ın rəhbəri: “Qarabağ”dan nümunə götürməliyik”
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubunun sədri Mayk Treysi Ağdam təmsilçisi haqda xoş fikirlər səsləndirib. ...
19.07.19
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.