https://525.az/img/pics/medium/2024-05/312704_5cpv6qeev8.jpg İnnovativ dərsliklərdə QR kod istifadəsi
https://525.az/img/pics/medium/2022-12/250866_fi045un0bu.jpg Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
https://525.az/img/pics/medium/2024-05/312635_715my5qmqe.jpg "Müşfiq yaşadıqca Dilbər də yaşayacaq"
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Əlvida, ey dil?! - Rəvan Cavid yazır
search
6 May 2024

AFFA İntizam Komitəsi qərarları açıqladı

AFFA İntizam Komitəsi qərarları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 31-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Turan Tovuz” klubu əlavə olaraq 800 manat cərimə edilib.

Matçın birinci hissəsi bitdikdən sonra “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub daha 800 manat cərimə edilib.

Oyunda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

“Qarabağ” – “Qəbələ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.

"Zirə” – “Neftçi” oyununun 67-ci dəqiqəsində “Zirə”nin futbolçusu Ceyhun Nuriyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 500 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununun 87-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.

"Araz-Naxçıvan” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.

 Azərbaycan kubokunda 1/2 finalın “Qarabağ” – “Neftçi” oyunundan sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 800 manat cərimə edilib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.