https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb

"Qarabağ" "Neftçi" ilə oyunda rekorda imza atıb

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb.

525.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda buna XXXIII turda nail olub.

“Neftçi” üzərində 5:0 hesablı qələbə ilə Ağdam təmsilçisinin cari mövsüm öz meydanındakı qol sayı 50-yə yüksəlib.

Bu, klubun tarixində yeni rekorddur. "Köhlən atlar" 2021/22 mövsümündə evdə 47 qol vurub.

Bu, həm də Azərbaycan çempionatlarında son 25 ilin rekordudur. Yarışın tarixinin mütləq rekordu isə Sumqayıt “Xəzər”inə məxsusdur. 1992-ci ildə sumqayıtlılar qonaqların qapısından 70 top keçiriblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.