https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

"Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır" - Rəşad Sadıqov

"Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır" - Rəşad Sadıqov

"Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 33-cü turunun "Turan Tovuz"la (1:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Əvəzetmələriniz özünü doğrultdu. Bu, əvvəlcədən planlaşdırılmış dəyişiklik idi?

- Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.

- Qarşıda cəmi üç tur qalıb. Keyfiyyət, yoxsa psixologiya önəmli olacaq?

- Hamısı önəmli olacaq. Artıq taktikadan çox da asılı olmnayan dönəmə giririk. Ümid edirəm ki, bu mərhələdən uğurlu keçərik.

- Rüstəm Əhmədzadənin durumu necədir?

- Rüstəmin yoxluğu bizim üçün böyük itkidir. İki gün əvvəl məşqdə zədəsi pisləşdi. Dəqiq durumunu hələ bilmirik.

- Sizcə, Premyer Liqa klublarının baş məşqçiləri niyə bir-birinə atmacalar atır?

- Məsələnin dərinliyinə varmayacağam. Hakimlikdən çox danışmaq istəmirəm. Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır. Baş məşqçilərin fikirlərini oxumamışam. Çalışıram ki, mətbuatdan uzaq olum. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.