https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

“Bölgələrdə işləmək asan deyil, təzyiq çoxdur”

“Bölgələrdə işləmək asan deyil, təzyiq çoxdur”

“Üzücü məğlubiyət oldu. Oyun baxımından 90 dəqiqə üstün oynadıq. Həm birinci, həm də ikinci hissədə fərdi səhvlərdən rəqib önə keçdi. Çoxlu qol imkanlarımız oldu. Uduzduğumuz son 3 oyunu götürsək, heç birində rəqib oyun baxımından bizdən üstün olmayıb. Bərabər mübarizə olsa da, üstünlük rəqibdə olmayıb".

QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 33-cü turunda "Zirə"yə uduzduqları matçdan (1:2) sonra mətbuat konfransında deyib.

Mütəxəssis komandadakı itkilərə görə istədikləri nəticələri qazana bilmədiklərini deyib: "Fərdi keyfiyyətlər öz sözünü dedi. Çempionatın sonudur. Oyunlar stresli keçir. Son oyunlarda aldığımız qırmızı vərəqələr bizi pis vəziyyətə qoyur. Bunlar olmamalıdır. Görünür ki, futbolçular bu yükün altında səhv qərarlar verirlər. Bu il qarşımıza qoyulan məqsəd möhkəmlənmək, hər bir rəqibə qarşı döyüşkən, çəkinmədən futbol oynamaq, bacardığımız qədər yuxarı pillələrdə olmaq idi. 4-5 tur qalmış iddiamız davam edirdi. “Sumqayıt” ilə oyundan sonra şansımız çox azaldı. Amma bəlkə də o oyunda itkilərimiz olmasaydı, heyətimiz tam olsaydı, sona qədər mübarizənin içində olardıq. Səbrli olmalıyıq. Oyundan sonra danışmaq asandır".

A.Abbasov bölgələrdə işləməyin çətin olduğunu vurğulayıb: "Klub olaraq bir yola çıxmışıq. Bölgələrdə çalışmaq asan deyil, təzyiq çoxdur. Bunun öhdəsindən gəlmək lazımdır. Komanda 9-10 oyun məğlub olmayanda necə yaxşı idisə, məğlub olanda da bu iradlar olacaq. Çempionatın son oyunlarında maksimum xal qazanmağa çalışacağıq ki, ən az 1 pillə irəli qalxaq. Bu da bizim üçün motivasiyadır. Bu gün futbolçular istədiyimiz futbolu sərgiləməyə çalışırlar. Bəzi mövqelər var ki, ilboyu çətinlik çəkirdik. Ümumən qarşımıza qoyulan məqsədlərdən biri ötən mövsümdən daha inamlı, daha istəkli, daha mübarizəli, heç bir rəqibdən çəkinməyən bir komanda olmaq idi. Bu gün heç kim deyə bilməz ki, hansısa rəqibdən çəkinmişik. Fərdi səhvlər bu il bizə baha başa gəldi. Rəhbərliyə verdiyim sözün arxasındayam”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.