Bu yaxınlarda şair-publisist Ələddin Əzimovun “Altmışa doğru” kitabı çapdan çıxıb. Kitabın girişində filologiya elmləri doktoru, tənqidçi ədəbiyyatşünas Muxtar Kazımoğlu, filoloq İlham Əsgərov, şair folklorşünas Bilal Alarlı, “Sözün işığı” jurnalının redaktoru Ədalət Salmanın müəllifin yaradıcılığı haqqında düşüncələri yer alıb. Şairin şeirləri “Poeziya yarpaqları” bölməsində çap olunub.
“Elmi araşdırmalar” başlığında isə “Lirik silsilənin strukturu”, “Azərbaycan poeziyasında lirik silsilənin formalaşması”, “Lirik silsilə janrdırmı”, “S.Rüstəmin “Cənub şeirləri silsiləsi”, “R.Rzanın lirik silsilələri”, “Lirik silsilənin tədrisi məsələsi” məqalələri dərc edilib.
Müəllifin “Azadlıq carçısı”, “Yollar və zaman”, “Müşfiqin sənət aləmi”, “Gücümüz və gücsüzlüyümüz”, “Geri dönən məhəbbət”, “Sehrli kəpənəklər və nağıllı ömrümüz”, “Xalqın tarixinə məhəbbətlə”, “Bir dəstə göyərçin” kimi fikir yazıları isə kitabın “Ədəbi-publisistik düşüncələr” bölməsində oxuculara təqdim olunub. Kitabın “Xatirələr işığında” bölümündə isə memuar düşüncələr öz əksini tapıb.
S.MÜRVƏTQIZI