|
|
|
|
Leyla MƏTİN
Ömrün payızı
Mən illərin yorğunu,
Ümidi qırıq biri.
Ayı itmiş gecədə,
Sehri qaçmış pəri.
Mən həmən o qadınam,
Ürəyi buz bağlayan.
Gündüz hər kəslə gülən,
Gecələr tək ağlayan.
Xəyalların ardınca,
Hey uzanır əllərim.
Yetişmir ki yetişmir,
Çiçək açmır güllərim.
Səmanın rəngi tutqun,
Üzü bəyazlanıbdı.
Yanağı da şeh çəkib
Lap mənə oxşayıbdı.
Rəngi solub saralıb,
Bozarıbdı təbiət.
Bircə yarpaq əsməyir,
Tükənibmi məhəbbət?!
Canımdan can ayrılır,
Bumu ömrün payızı?
Niyə bəxtim gül
mədi,
Qara gəldi bu yazı?
Ayrılıq olmasın...
Uzaqlar ömrümdən səni ayırıb,
Yarpaqtək zamansız tez saralmışam.
Bir ilin həsrəti min ilə taydır
Xəyallar içində itib-batmışam.
Hansı rüzgar əsir sən olan yerdən?
Mənə küləklərlə göndər qoxunu.
Sevgi laylasını gecə sübhədək
Dilimdə zümzümə edib oxuyum.
Bir az xatirənlə qarışsın başım,
Həsrətli günlərin azalsın sayı.
Ömrümüz bir açsın baharlarını
Ayrılıq olmasın bundan savayı.