|
|
|
|
"Yaxın vaxtlarda Samur çayı üzərində körpünün tikintisi başa çatdırılacaq".
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyanın 18-ci iclasında çıxış edən Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkin deyib.
Onun sözlərinə görə, sərhəd-keçid məntəqəsinin işinin təşkili istiqamətində işlərin aparılması hazırda gündəmdə duran əsas məsələlərdəndir.
"Rusiya tərəfindən bu məsələ prezident səviyyəsində tapşırılıb. Məqsəd həm ticarət dövriyyəsinin, həm də insanların komfortlu keçidini təmin etməkdir", - deyə nazir bildirib.