https://525.az/img/pics/medium/2024-04/309563_a9dpsqeekw.jpg Qarış-qarış Zəfər
https://525.az/img/pics/medium/2024-04/311502_gkhqky4ifd.jpg Səssiz dünyanın balaca sakinləri
https://525.az/img/pics/medium/2024-01/301055_9vh7brhgcd.jpg Mir Cəlalın hekayələri: sadə mətnlər, dərin mətləblər - Dilarə Adilgil yazır
https://525.az/img/pics/medium/2024-04/311500_xw6kn8fjkv.jpg “100 illik şanlı tarix” adlı tədbir keçirilib
search
26 Aprel 2024

Azərbaycan çempionatının oyunları azarkeşsiz keçiriləcək

Azərbaycan çempionatının oyunları azarkeşsiz keçiriləcək

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

Koronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də baş tutacaq XXI və martın 21-22-də təşkil olunacaq XXII turun görüşlərinin boş tribunlar önündə keçirilməsini məqsədəuyğun sayıb.

III dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları baş tutacaq.

IV dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız baş tutacaq.

Qeyd edək ki, I divizionun da oyunlar azarkeşsiz olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.