Uzun illərdir qətl törətdiyi üçün axtarışda olan qadın saxlanılıb.
525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin və Lerik rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Zeynəb Mahmudova tutulub.