|
|
|
|
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
525.az NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, rusiyalı həmkarı ilə tez-tez telefon danışıqları aparır. Ərdoğan Putinin Türkiyəyə səfərinin tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb. “İnanıram ki, bu məsələyə ən qısa zamanda aydınlıq gələcək”, - deyə Türkiyə lideri yekunlaşdırıb.
Havar Şəfiyeva