|
|
|
|

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
525.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram marixuana aşkarlanıb. Əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.



