https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
search
4 İyul 2026
3 İyul 2026

Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib

Qazaxın Daş Salahlı kəndində yeni sərbəst güləş zalı istifadəyə verilib

Azərbaycan Güləş Federasiyasının (AGF) regionlarda güləşin inkişafı və idman infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində sərbəst güləş zalı istifadəyə verilib.

525.az-a bu barədə AGF-dən məlumat verilib.

Daş Salahlı 1 nömrəli tam orta məktəbin 2006-cı il məzunlarının maddi dəstəyi ilə inşa edilən və Azərbaycan Güləş Federasiyası tərəfindən güləş xalçası və digər zəruri idman avadanlıqları ilə təchiz edilmiş bu idman ocağında 120-yə yaxın yeniyetmə güləşin sirlərinə yiyələnir.

İyulun 3-də güləş zalının açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, AGF-nin vitse-prezidentləri Namiq Abdullayev və Fərid Mansurov, AGF-nin baş katibi Pərvin Piriyev, AGF-nin Etika və İntizam Komitəsinin üzvü Firdovsi Umudov, U17 milli komandanın böyük məşqçisi Hacı Əliyev, Qərb bölgəsinin idman ictimaiyyətinin nümayəndələri, məşqçilər, veteran güləşçilər və kənd sakinləri iştirak ediblər.

Güləş zalında yaradılmış şəraitlə tanış olan qonaqlar yeniyetmə güləşçilərlə söhbət edib, onlara öz tövsiyələrini çatdırıblar. Bildirilib ki, yeni idman obyekti regionda güləşin inkişafına, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə cəlb olunmasına, gələcək çempionların yetişməsinə mühüm töhfə verəcək. Dövlətin idmana göstərdiyi diqqət və qayğı, eləcə də Azərbaycan Güləş Federasiyasının bölgələrdə idman infrastrukturunun inkişafına yönəlmiş fəaliyyəti xüsusi vurğulanıb.

Qeyd olunub ki, Qazaxın 2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan edilməsi rayonda idmanın inkişafına yeni təkan verib. Daş Salahlıda istifadəyə verilən yeni güləş zalı da bu əlamətdar il çərçivəsində idman infrastrukturunun genişləndirilməsinə, gənc nəslin sağlam həyata təşviqinə və idmana cəlbinə xidmət edən mühüm layihələrdən biridir.

Tədbirdə İslam Həmrəyliyi Oyunlarının mükafatçısı, Daş Salahlı güləş zalında məşqçi-müəllim kimi fəaliyyət göstərən Əsgər Məmmədəliyevin rəhbərliyi ilə nümunəvi məşq keçirilib. Olimpiya mükafatçısı, dünya və Avropa çempionu Hacı Əliyevin iştirakı ilə imza mərasimi də təşkil olunub.

Qeyd edək ki, bu idman ocağının fəaliyyətə başlaması Daş Salahlı və ətraf yaşayış məntəqələrində güləşlə məşğul olanlar üçün daha əlverişli məşq şəraiti yaradacaq, regionda bu idman növünün inkişafına əlavə stimul verəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.