|
|
|
|

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ni Müstəqillik Günü münasibəti ilə təbrik edib.
525.az xəbər verir ki, Prezidentin kömçəkçisi bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Heydər Əliyev Mərkəzi – müasir memarlığın şah əsərlərindən biri – Amerika Birləşmiş Ştatlarının 250 illiyi münasibətilə ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb. ABŞ-dakı dostlarımızı və həmkarlarımızı səmimi-qəlbdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!", – deyə paylaşımda qeyd olunub.



